big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı”nın futbolçusu: “Xəzər Lənkəran”ın “altılıq”dan kənar qalması mənə pis təsir etdi” – (MÜSAHİBƏ)

06.03.2013 , 09:29

"Bakı"nın futbolçusu Şəhriyar Əliyevin Korner.az saytına müsahibəsi.

– Sabah ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter” ilə cavab matçına çıxacaqsınız. Bu oyuna hazırlıq necə gedir?

Hər şey qaydasındadı. Komandada əhval-ruhiyyə yüksəkdi. İlk "altılıq"a vəsiqə qazanandan sonra özümüzə inam daha da artıb. Sabahkı oyunda da, "İnter"i məğlub etməklə kubok iddiamızı davam etdirmək istəyirik. 

– İlk oyunda "İnter"lə qollu heç-heçə etmisiz – 1:1.Rəqibin səfərdə qol vurması və qonaq meydanında çıxış etməniz şanslarınızı azaltmır?

Düşünmürəm ki, bizim şanslarımız azdı. Yadınızdadırsa biz "Qarabağ"la ötən mövsüm kubok oyununda öz meydanımızda 0:1 heabı ilə uduzduq və Quzanlıda cavab oyununda bu hesabla qalib gəlib, penaltilərdə mərhələ adladıq. Ona görə də, "İnter"lə oyunda bir qol vursaq hər şeyi öz xeyrimizə dəyişə bilərik.

– Rəqib hücumçulardan kimi fərqləndirərdiz?

"İnter" komanda oyunu oynayır deyə orada kimisə fərqləndirmək düzgün olmaz. 

–  Çempionatda əsas mərhələ başa çatıb. 22 turu necə dəyərləndirirsiniz?

İlk "altılıq"a düşməsəydik təbii ki, bizim üçün bu uğur olmayacaqdı. Ancaq sona kimi mübarizə aparıb ilk "altılıq"a düşdük. Gerdiə qalan turlar "Bakı" üçün normal keçdi desəm bəlkə də, yanılmaram. Düzdü uğursuz oyunlarımız da az olmadı. 

– Təsnifat mərhələsində qeyri-stabil çıxış edən "Bakı" bu oyunla ilk "altılıq"da hansı nəticələri qazana bilər?

Bizim bir çox oyunda bəxtimiz gətirmirdi. Ancaq ilk "altılıq"da 5-6 oyun ard-arda udsaq xal hesabımızı yaxşılaşdırıb, avrokuboklara vəsiqə qazana bilərik.

– AZAL və "Xəzər Lənkəran"la birgə bir vəsiqə uğrunda mübarizə apardınız və qalib gəldiz. Bununla bağlı nə deyərdin?

"Rəvan"la oyuna biz stress içində çıxmışdıq. Ancaq buna baxmayaraq qalib gələ bildik. Ən çox mən "Xəzər Lənkəran"ın "altılıq"dan kənar qalması mənə pis təsir etdi. Çünki orada hər kəs həvəslə futbol oynayırdı. Çoxlu sayda azarkeşin izlədiyi oyunlar həmişə maraqlı olur. 

Səxavət QURBANOV

Son yazılar

To Top