İspaniyanın “Atletiko” (Madrid) klubuna bir neçə gənc futbolçusunu göndərən “Bakı”, daha bir neçə üzvünü əməkdaşlıq etdiyi digər kluba olan “Lans”a göndərəcək.
Korner.az-ın məlumatına görə, hazırda paytaxt klubunun əvəzedici heyətində məşq edən gənc futbolçu Ülvi Süleymanov Fransaya göndəriləcək futbolçuların siyahısındadır.
O, “Lans”ın əvəzedici heyətində məşq edəcək və burada təcrübə toplayacaq.
