big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı”nın Futbol Akademiyası dağılmaq üzrədir

28.05.2016 , 15:12

KLUB AKADEMİYANI SAXLAMAQ ÜÇÜN AVTOBUSUNU İCARƏYƏ VERİB

2 il əvvələ kimi “Bakı” Futbol Klubunun Uşaq Gənclər Futbol Məktəbi respublikada ən yaxşı 2 akademiyadan biri idi. 2008-ci ildə “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair dövlət proqram”ı çərçivəsində yaradılan akademiyada hər il Bakı və rayonlardan seçilmiş 300-dən çox uşaq futbolla məşğul olur. 2011-ci il sentyabrın 8-də Prezidenti İlham Əliyevin açılışını etdiyi “Bakı” FK-nın təlim-maşq bazası respublikada ən yaxşılardandır. Bu gün ölkəmizin müxtəlif yaş yığmalarının şərəfini qoruyan 42 futbolçu “Bakı”nın yetirməsidir. Geridə qalan 8 ildə yalnız son mövsümü çıxmaq şərtilə görülən işləri yüksək qiymətləndirmək olar. Heç kimə sirr deyil ki, klub bu gün maliyyə cəhətdən ağır günlərini yaşayır. Əsas da ötən mövsüm məlum səbəblərdən Premyer Liqanı tərk edən komanda bu il 1-ci dəstədə sonuncu oldu. Pulsuzluq klubun futbol akademiyasına da təsirsiz ötüşmədi. Rəhbərlik bu mövsümü birtəhər yola verdi. Bəs, növbəti mövsüm necə olacaq?

Nəticələr getdikcə zəifləyir

Hazırda akademiyanın bütün yaş qrupları üzrə 11 komandası, 303 futbolçusu var: Əsas komanda (24 futbolçu, baş məşqçi Novruz Əzimov), U-19 (19 futbolçu, baş məşqçi Məqsəd Yaqubəliyev), U-17 (18 futbolçu, baş məşqçi Fərrux İsmayılov), U-16   (22 futbolçu, baş məşqçi Asif Abbasov), U-15 (30 futbolçu, baş məşqçi Ceyhun Rzayev), U-14 (29 futbolçu, baş məşqçi Valeri Şəkərov), U-13 (31 futbolçu, baş məşqçi İlqar Hüseynov), U-12 (31 futbolçu, baş məşqçi A.Pənahov), U-11 (32 futbolçu, baş məşqçi Aydın Ələkbərov), U-10 (35 futbolçu,  baş məşqçi Etibar Səfərəliyev) və U-9 (32 futbolçu, baş məşqçi Vüqar Qəmbərov). Siyahıdan da göründüyü kimi ən aşağı yaş qrupu U-9 komandasıdır. Bu qrupa seçimlər hər il 300-ə yaxın uşaq arasında aparılır. Mövsüm ərzində ələnmədən sonra 20-ə yaxın uşaq U-9 komandasına götürülür. U-9 liqası olmadığından uşaqlar daha çox “Sabahın ulduzları” və digər turnirlərdə çıxış edirlər. Digər yaş qruplarına da müntəzəm olaraq seleksiya işləri nəticəsində futbolçular cəlb olunur. Ötən ilə kimi görülən işlərin nəticsi olaraq akademiyanın daim ən yaxşı nəticə verənlər arasında lider olduğunu söyləmək mümkündür. Təkcə ötən il komandalar iştirak etdikləri müxtəlif səpkili bütün turnirlərdə 7 qızıl, 2 bürünc medal götürmüşdülər. Onlardan 2 çempionluq (U-15 və U-12)  və 1 üçüncülük (U-15) AFFA-nın təşkil etdiyi çempionatda, 2 qalibiyyət isə (U-12, U-13) yenə də AFFA-nın akademiyalar arasında təşkil etdiyi turnirdə əldə olunmuşdu. Bu il isə vəziyyət acınacaqlı hal alıb. Yalnız U-14 Liqasında 2-ci olan U-14 komandasını çıxmaq şərtilə qalan komandalar mövsümü əliboş yola saldılar. Səbəblər hansılardır? Birincisi, ötən mövsüm “Bakı” Premyer Liqada çıxış edirdi. Bu üzdən UEFA-nın futbolun inkişafına ayırdığı yardımdan “Bakı”ya da pay düşürdü. 8 ay ərzində bu məqsədlə kluba çatmalı olan 8 min manat vəsait akademiyaların məşqçilərinə maaş kimi ödənilirdi. Üstəlik, futbolçular idman ləvazimatları və geyim dəstləri ilə də təmin olunurdular. “Bakı” Premyer Liqanı tərk edincə, pul da kəsildi. Gözləmək olardı ki, komanda 1-ci dəstəyə düşməsinə rəğmən AFFA akademiyanın işinin axsamaması üçün həmin puldan bu il də kluba pay ayıracaq. Amma olmadı. Komandanın 1-ci dəstəyə düşməsi əsas gətirildi. Ötən il “Bakı”da AFFA-nın göndərdiyi idman direktoru var idi – Torsten Spittler. O da “Bakı” 1-ci dəstəyə düşən kimi geri çağırıldı.

Başqa səbəb məşqçilərlə bağlı idi. AFFA-nın ayırdığı pul kəsilən kimi bir neçə məşqçi akademiyanı tərk etdi. Düzü, indiki zamanda onları buna görə qınamaq yersizdir. Məsələn, pulsuzluq üzündən U-10 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov “Təhsil”ə, U-12-nin baş məşqçisi Cəfər Hüseynov “Əlincə”yə, U-17-nin çalışdırıcısı Nurəddin Məmmədov isə “Zirə”yə getdi. Bu azmış kimi məşqçilər özləri ilə yetirmələrini də apardılar. Ümumiyyətlə, akademiyanı 100-ə yaxın futbolçu tərk etdi. Təqdirəlayiq haldır ki, rəhbərlik futbolçuların inkişafdan qalmaması üçün onların gedişinə heç bir bir maneə törətmədi. Bununla belə klub AFFA-ya müraciət edib, bir sıra futbolçularla bağlı qərar çıxarılmasına nail oldu. Həmin futbolçular gələcəkdə peşəkar müqavilə imzalayacaqları təqdirdə  “Bakı”ya kompensasiya ödəniləcək. Maraq kəsb edəcək bir fakt: bu il “Əlincə”nin U-13 komandası U-13 Liqasının Bakı zonasında keçiriyi bütün oyunlarda qalib gəlmiş, yalnız 1 oyunda heç-heç etmişdi. Bu, ötən il U-12 yaşında Azərbaycan çempionu olmuş “Bakı”nın U-12 komandası idi.

Göründüyü kimi, ötən illə müqayəsədə nəticələr çox zəifləyib. Gələn il akademiyaların komandalarının daha aşağı nətiələr göstərəcəyi gözlənilir. Əlbəttə, əgər akademiya fəaliyyətini davam etdirsə. Çünki, maliyyə problemləri üzündən futbolçuların inventar və geyim dəsti ilə  təmini, qidalanma, vitaminizasiya və digər vacib amillər yox səviyyəsindədir. Bu il futbolçulara geyim dəsti verilməyib, mövsüm köhnələrlə yola verildi. Məşqçilər isə 8 aydır ki, maaş üzünə həsrətdilər.

Adı “Bakı”nın, dadı…

Hələ keçən ilə kimi Azərbaycanın müxtəlif bölgəsindən olan onlarla futbolçu akademiyada qalır, məşq keçir, təhsillərini davam etdirirdilər. Hazırda onların sayı xeyli azalıb, 30 nəfərdən çox deyil. Klub rəhbərliyi həmin uşaqlara əvvəlki kimi olmasa da, babat şərait düzəldə bilib. Nəyin hesabına? Bunu bilində “Bakı”nın halına yalnız acımaq qalır. Deməli, kluba məxsus avtobuslardan biri aylıq 2 min manat müqabilində icarəyə verilib və Bakı-Sumqayıt marşrutu üzrə işləyir. Həmin pul məhz akademiyada qalan uşaqların ehtiyaclarının qarşılanmasına yönəlib. Hazırda mövsüm başa çatıb, uşaqlar evlərinə gediblər. Növbəti mövsüm başlayana kimi isə avtobusun icarəsindən daxil olan vəsait kommunal xərclərin ödənilməsinə yönəldiləcək.

Bir qədər “Bakı”nın məşq bazası haqqında. Yadınızdadırsa, 2012-ci ildə Bakıda 17 yaşlı qızlar arasında dünya çempionatı keçirilmişdi. Özü də yüksək səviyyədə. Sözümüz bunda yox, çempionatdan sənədlər təqdim olunanda orada “Bakı”nın məşq bazası iştirakçı komandaların məşq keçmələri üçün məkan kimi göstərilmişdi. Hətta çempionatdan bir qədər əvvəl FİFA nümayəndələri işlərin gedişindən narazı qalaraq çempionatın Azərbaycandan alınıb Macarıstana verilməsi məsələsinin ortaya atılması versiyasının mövcudluğunu bildirmişdilər. Sonda “Bakı” rəhbərliyi qısa zamanda bazanı lazım olan səviyyəyə çatdırmaqla, çempionatın ölkəmizdən alınmamasına nail olmuşdu. Üstəlik, bildiyimiz qədər baza qonaqlara təmənnasız verilmişdi. Bundan başqa ötən həftə başa çatan U-17-lərin Avropa Çempionatının, həmçinin “Avro-2020″nin keçirilməsi ilə bağlı FİFA-ya göndərilən sənədlərdə də “Bakı”nın məşq bazasının adı göstərilib. Gəl ki, bu il heç bir ölkənin komandası həmin bazadan istifadə etmədi. Daha doğrusu, AFFA buna şərait yaratmadı. Yaratsaydı, klubun hesabına müəyyən məbləğ ödəniləcəkdi ki, bu vəsait də akademiyanın saxlanmasına sərf ediləcəkdi.

Ümumiyyətlə, hazırda bazada vəziyyət ürəkaçan deyil. İnfrastruktura əvvəlki kimi qayğı göstərilmir. Məsələn, 2 il əvvələ kimi akademiyanın üstüortülü məşq meydançası hazırda bərbad vəziyyətdədir. Uşaqlar bu il yağışın, qarın altında məşq keçiblər. Yeni örtüyün çəkilməsi isə gözlənilmir. Çünki vəsait yoxdur. Amma sevindirici hal da var – təbii örtüklü meydan ideal vəziyyətdədir. Klubun 2 işçisi təmənnasız olaraq meydanın korlanmasına imkan vermir, daim qulluğunda dayanır.

Akademiya ödənişli əsaslarla fəaliyyət göstərə bilər

Azərbaycanın ən böyük 2 futbol akdemiyasının birinin düşdüyü vəziyyət futbolumuzun inkişafından danışanlara siqnal olmalıdır. Bu gün əsas və olimpiya yığmamızın futbolçuları olan Rəhman Hacıyev, Nurlan Novruzov, Vüqar Mustafayev, Mahir Mədətov və digərləri “Bakı”nın “şinel”indən çıxıblar. Akademiya gələcəkdə də bu cür futbolçuları yetişdirməyə qadirdir. Lakin indiki durum və münasibətlə yox. Klubun vitse-prezidenti Yaşar Seyidov akademiyanın fəaliyyətinin dayanmaması üçün yardım göstərilməsi ilə bağlı AFFA-ya, Gənclər və İdman Nazirliynə, Milli Məclisin İdman və Gənclər Komissiyasına dəfələrlə müraciət edib. Lakin cavab yoxdur. Kömək göstərilməyəcəyi təqdirdə, yaxın zamanda akademiyanın ləğv olunma təhlükəsi mövcuddur. Və ya… ödənişli əsaslarla işləməyə məcbur olacaq. Bu, isə Azərbaycan futbolu üçün heç də başucalığı gətirməyəcək.

İllər əvvəl “Bakı” Futbol Klubun və akademiyasının gördüyü işlərə başqa klublar ancaq həsəd aparırdılar. 2 il əvvəl akademiyanın tələbələrinin “Lans”a, “Atletiko”ya göndərilməsini xatırlatmaq kifayətdir. 2014-cü ildə “Lans”ın düşərgəsində olan Mahir Mədətov, Ülvi Süleymanov və Valeh Seyidov oradan qayıdan kimi aşağı yaşlı yığmalara cəlb olundu, Mahir bu gün əsas yığmaya namizəddir. Madridə göndərilən futbolçuların aqibəti isə daha acınacaqlı oldu Rəşid Əlieyev, Cavid Mikayıllı, Ruslan Süleymanov, Asim Abdullazadə və Nazim Bağırov demək olar ki, itib-batıblar. Yalnız Asim U-19 yığmamızın baş məşqçisi Nazim Süleymanovun nəzarətindədir. Kim bilir, vəziyyət indiki hal almasaydı, həmin futbolçular hansı uğurlara imza atmışdılar? Və ya daha neçə-neçə futbolçu xaricə göndəriləcəkdi?

Bir vaxtlar “Bakı”nın Futbol Akademiyası dənizdə üzən gəmini xatırladırdı. İndi həmin gəmi batır. Batdıqca da həyacan siqnalı verir. Təəssüf ki, gəmini xilas etməyə kimsə tələsmir. Əlaqədar qurumlar, futbolumuza cavabdeh olanlar tərpənməsələr, tezliklə akademiya dənizin dibinə çökəcək. Gəmi bir yana, heç olmasa, gəmidəkilərə yazığınız gəlsin.

İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

Son yazılar

To Top