“Sumqayıt” Futbol Klubu qış “transfer pəncərəsi” zamanı növbəti transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, gənclik şəhəri təmsilçisi son olaraq “Bakı”nın şərəfini qorumuş Mikayıl Rəhimovu heyətinə qatıb.
Sumqayıt futbolunun yetirməsi olan 27 yaşlı futbolçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb. Mikayıl “Sumqayıt”da 6 nömrəli formanı geyinəcək.
