“Bakı” klubunun hazırlıq planı müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda iyunun 25-də toplanacaq.
İlkin olaraq, klubun Avstriyada təlim-məşq toplanışına yola düşəcəyi gözlənilir. Orada hazırlıq zamanı 5 yoxlama görüşü keçiriləcək. Eyni zamanda, yeni legioner futbolçular da baxışda olacaqlar.