Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran “Barselona” klubu yeni transfer hədəfini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi “Mançester Siti”nin müdafiəçisi Vinsent Kompanini transfer etmək istəyir.
“Barselona” klubunun nümayəndələri yaxın günlərdə bu transfer üçün Mançesterə gedəcəklər. Tərəflər arasında razılıq əldə olunarsa, belçikalı futbolçu yeni mövsümdən “Barselona”nın şərəfini qoruyacaq.