Yeni mövsümdən I divizionda çıxış edəcək “Bakı” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, paytaxtın eyniadlı klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Belə ki, “Bakı” öz bazasında “Şahdağ”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Qurban Hüseynov vurub.