“İnter”dən ayrılan Daniel Genovun yeni iş yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bolqarıstanlı futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, 24 yaşlı yarımmüdafiəçi Sofia “Lokomotiv”inə keçib. O, artıq yeni komandasının heyətində yoldaşlıq oyununa çıxıb və qol vurub.