Qış transfer pəncərəsinin açılmasına az qalmış Bakı “İnter”i heyətini gücləndirib.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, “bankirlər” hollandiyalı futbolçu Yusef Fenniçi transfer edib.
Artıq 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm Hollandiya çempionatında “Herenven”lə oyunda (3:0) “Zvolle”nin heyətində debüt edən Fenniçlə daha sonra müqavilə yenilənməyib. Gənc futbolçu azad agent statusu alaraq “İnter”ə transfer olunub.
