"Bakı" artıq Azərbaycanda hazırlıqlarını davam etdirir.
Korner.az–ın məlumatına görə, “Bakı” fevralın 3-də növbəti yoxlama oyunu keçirib."Zolqalılar" öz bazasında birinci divizion təmsilçisi “Şahdağ”la qarşılaşıb və paytaxt klubu 11:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qolları Şoliç (hett-trik), hərəyə iki dəfə Ferdi Elman, Rəhman Hacıyev və bir dəfə Pena, Junior, Mario və Hümbətov vurublar.