"Hazırda müalicəmi vətənimdə davam etdirirəm. İstəyirəm ki, tezliklə zədəmi sağaldıb komandanın sıralarına qayıdım".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimov deyib. Klubun rəsmi saytına danışan ötən mövsümün bombardiri komandasının Çempionlar Liqasındakı çıxışına da toxunub:
"Sevinirəm ki, "Zestafoni" ilə oyunlarda uğurla çıxış etdik. Bu mövsüm daha güclü kollektiv formalaşıb. İnanıram ki, avrokuboklarda yolumuzu