big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Baçana Sxadadze: “Bu xəbər bizi çaşdırdı” – MÜSAHİBƏ

27.11.2012 , 13:13

“İnter”in hücumçusu Baçana Sxadadze klubun saytına müsahibə verib. Korner.az həmin müshibəni sizə təqdim edir.

– “Simurq”la oyun “İnter” üçün uğursuz alındı. Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

– Bir neçə əsas oyunçunun olmaması oyunumuza çox pis təsir göstərdi. Birinci hissədə Valeri Abramidzenin zədə alması vəziyyəti daha da ağırlaşdırdı. Oyunumuz istədiyimiz kimi alınmadı. Zaqatalada oynamaq həmişə çətindir. Bununla yanaşı, “Simurq” cari mövsüm daha yaxşı görünür. Onlar kollektiv futbol oynayırlar və kompakt şəkildə fəaliyyət göstərirlər. Etiraf edim ki, rəqib bizdən daha yaxşı oynayırdı və layiqli qələbəyə nail oldu.

– Üzrlü səbəbə görə baş məşqçi Kaxaber Sxadadze də oyunda iştirak etmirdi. Atasının, yəni babanızın səhhətinin pisləşməsi üzündən Gürcüstana getmişdi. Yəqin baş məşqçinin olmaması da komandanın oyununa mənfi təsir göstərdi? Babanızın səhhəti barədə məlumat verməyinizi xahiş edirik.

– Bu xəbər bizi çaşdırdı. Baş məşqçinin olmamağı, əlbəttə ki, komandaya çox pis təsir göstərdi. Babamın səhhətində problem yaranmışdı. Lakin Allaha şükür, indi vəziyyəti yaxşıdır.

– “Simurq”la matçda məğlubiyyət “İnter”in turnir cədvəlində yerini bir qədər pisləşdirdi. Zaqatala klubu toplanmış xallara görə komandamızla artıq bərabərləşdi. Bundan başqa, “İnter”i digər klublar da təqib edir…

– Bu il çox gərgin çempionat müşahidə edilir. İndi “ilk atlılıq”da olan komandaların hər birinin birinci yerə yüksəlmək şansı var. Lakin səmimi deyirəm ki, bu fakt bizə kifayət qədər müsbət təsir göstərir. Axı turnir cədvəlindəki bölgü bizə rahatlaşmağa imkan vermir. Bizim üçün hər komanda yüksək yerlər uğrunda bilavasitə rəqibdir. Hazırda biz ilk yeri “Simurq”la paylaşırıq. Ancaq ümid edirəm ki, yaxın gələcəkdə “İnter” şəriksiz birinci yerə çıxacaq və təqibçilərindən uzaqlaşacaq.

– Artıq noyabrın 28-də “İnter” Azərbaycan kuboku uğrunda mübarizəyə başlayacaq. 1/8 final mərhələsində komandamız I divizionun təmsilçisi MOİK-lə qarşılaşacaq. Bu görüş haqqında nə deyə bilərsiniz? Rəqiblə tanış olmaq mümkün oldu?

– Səmimi deyim ki, MOİK barədə hələlik az məlumatım var. Ancaq əminliklə deyə bilərəm ki, hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Rəqibin qiymətləndirməməyindən söhbət gedə bilməz. Axı belə olarsa, o zaman ciddi problemlərimiz yarana bilər. Rahatlaşsaq və rəqibə özünü göstərməyə imkan versək, o halda bu, bizim üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Öz futbolumuzu oynamaq və arsenalımızda nələrin olduğunu nümayiş etdirmək lazımdır.

– Demək olar ki, Azərbaycan kubokunda “İnter”in bəxti daim gətirmir. Belə ki, komandamız 4 dəfə bu turnirin finalına vəsiqə qazanıb. Lakin 4 dəfə də “İnter” arenanı yalnız gümüş medallarla tərk edib. Sizin fikrinizcə, komanda cari mövsüm bu uğursuz kubok sindromunu qırmağı bacara biləcək?

– Bizə bu barədə az düşünmək lazımdır. Diqqəti ötən uğursuzluqlar üzərində cəmləşdirmək lazım deyil. Şəxsən mən hər hansı bir sindroma inanmıram. “İnter” üçün hər mövsüm yeni titullar qazanmaq imkanıdır. Bizim qarşımızda ölkə çempionu olmaq və kuboku qazanmaq tapşırığı qoyulub. Odur ki, biz məqsədimizə çatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

– Bu yaxınlarda Gürcüstan mətbuatına verdiyiniz müsahibə ilə tanış olduq. Son vaxtlar qonşu ölkədə sizin haqqınızda belə materiallar hissediləcək dərəcədə artıb. Bundan başqa, Gürcüstan KİV-i getdikcə Azərbaycan çempionatıyla daha çox maraqlanır…

– “İnter”in Gürcüstanda çox azarkeşi var. Ona görə ki, bu klubda 6 gürcü futbolçu oynayır və 3 gürcü məşqçi çalışır. Gürcüstanda bizim nəticələrlə çox yaxından maraqlanırlar. Televiziya və internet vasitəsilə insanlar oyunumuzu izləyirlər. Onlar burada baş verən hadisələrdən daim xəbərdardırlar. Tez-tez gürcü jurnalistlər zəng edirlər və biz də onlarla həvəslə söhbət edirik. Sevindirici haldır ki, Azərbaycan çempionatı Gürcüstanda da çox maraqlıdır.

Son yazılar

To Top