Bəhreyn Qran-prisinin qalibi məlum oldu
21.03.2022 , 18:26
“Formula 1” üzrə dünya çempionatında mövsümün ilk yarışı keçirilib.
Korner.az xəbər verir ki, Bəhreyn Qran-prisində “Ferrari”nin piloti Şarl Lekler qələbə qazanıb.
Dünya çempionatının son qalibi Maks Verstappen isə 3-cü turdan sonra mübarizəni dayandırıb.