Azərbaycanlı hakimlər İtaliyanın oyununa təyinat aldı
04.06.2022 , 12:16
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Oyun iyunun 6-da keçiriləcək.