“Azərbaycan millisi topla yaxşı oynayır”
09.06.2022 , 19:58
“Baş məşqçi istefası asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik və inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik”.
Korner.az xəbər verir ki, bu sözləri Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla sabahkı səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib: “Topla yaxşı oynayırlar. Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik”.