AZAL Premyer Liqanın XXVI turunda "Neftçi"nin qonağı olacaq. Bu gün "Bakcell Arena"da keçiriləcək matç saat 17.30-da başlayacaq.
Korner.az-ın məlumatına görə, "təyyarəçilər"i meydana kimin çıxaracağı müəyyənləşib.
Vaqif Sadıqovun istefasından sonra rəhbərlik komandanı köməkçi-məşqçi Şakir Qəribova tapşırıb.