Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində IV tura start verilib. Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. Turun açılış oyununda AZAL “Sumqayıt”ı çətinliklə məğlub edib. Rəsul Babazadənin 90+3-də vurduğu qol “təyyarəçilər”ə 2:1 hesablı qələbə qazandırıb.