Topaz Premyer Liqasının 3-cü dövrəsinə hazırlığı ölkə daxilində keçirən AZAL növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər”in növbəti rəqibi Birinci divizion təmsilçisi “Neftçala” olub. Matç 2:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.
AZAL 2:0 “Neftçala”
Qollar: Cavid Tağıyev, Nedo Turkoviç
Qeyd edək ki, AZAL daha öncə “Qaradağ” (2:3), “Şuşa” (3:0), “Şahdağ” (5:1), “Sumqayıt” (1:2), “Araz” (2:0) və “Ağsu” (6:0) ilə yoxlama oyunu keçirib.