Topaz Premyer Liqasının 16-cı turunun bu gün keçiriləcək oyunu AZAL üçün əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, 2004-cü ildə yaradılan klub 8 illik tarixində 300-cü yubiley matçına çıxacaq.
“Rəvan”la paytaxt derbisinə qədər 299 oyuna çıxan “təyyarəçilər” bu qarşılaşmaların 245-ni Premyer Liqa çərçivəsində keçirib. Bunda başqa, bakılılar I dəstədə 14, Azərbaycan kubokunda 36, avrokuboklarda 4 matçda qüvvəsini sınayıb.
İlk görüş və 2 yubiley oyununu nəzərə alsaq komanda indiyədək 3 əlamətdar qarşılaşmaya çıxıb. Bu matçlarda AZAL qapısından qol buraxmayıb. Vaxtilə AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adlarını da daşıyan paytaxt təmsilçisi ilk iki əlamətdar qarşılaşmasını həmşəhərlilərinə qarşı keçirib. Həmin görüşlər qolsuz heç-heçə ilə nəticələnib.
