Azərbaycanlı karateçi dünya çempionu oldu
26.11.2023 , 17:49
Qazaxıstanın Almatı şəhərində karatenin kyokuşin-kan növü üzrə keçirilən dünya çempionatında azərbaycanlı idmançı Nəzrin Hacıyeva qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi hamıdan güclü olub.
65 kq çəki dərəcəsində mübarizə aparan digər azərbaycanlı idmançı Cəmil Kazımlı isə bürünc medal qazanıb.