Futbol üzrə Azərbaycan millisinin üzvü Ruslan Abışovun üzvü olduğu “Rubin” yeni stadiona köçür.
Korner.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatına açıqlamasında yeni arenanın direktoru Radik Minnaxmetov deyib.
Minnaxmetov bildirib ki, “Rubin” növbəti mövsümdən ev oyunlarını “Kazan-Arena”da keçirəcək.
Stadiondakı ilk oyun isə mayın 26-da keçiriləcək. Həmin gün Rusiya və Slovakiya yığmaları üz-üzə gələcək.