Azərbaycanda daha bir oyun qara görə təxirə salındı
18.02.2021 , 14:09
Birinci divizionun 13-cü turunun güclü qar səbəbindən yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyinə görə təxirə salınıb.
Bu barədə PFL-in saytı məlumat yayıb. Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb. Görüşlərin vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, dünən təxirə salınan Tovuz” – “Sumqayıt-2” oyunu bu gün saat 12:30-dan davam etdirilməli idi.