Azərbaycan Gimnastika Federasiyasının (AGF) yeni loqosu təqdim olunub.
Korner.az-ın məlumatına görə, qurumun rəmzi Avropa Oyunlarında bədii gimnastika yarışlarının bu gün keçirilən püşkatması zamanı təqdim olunub. Artıq AGF-in loqosu Milli Gimnastika Mərkəzini bəzəyir. Belə ki, martın 4-6-da paytaxtımızda keçiriləcək Bakı-2015-ə test xarakterli yarışı qəbul edəcək idman qurğusunda Azərbaycan, Avropa Gimnastika İttifaqının bayrağı ilə yanaşı, qurumun yeni rəmzi də asılıb.