Azərbaycanlı məşqçi “Ayntraxt”da
07.04.2022 , 18:07
Azərbaycanlı futbol məşqçisi Etibar İbrahimov Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə anlaşıb.
Korner.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat katibi Azad Mustafayev özünün “Feysbuk” hesabında yazıb.
44 yaşlı mütəxəssis Frankfurt təmsilçisinin Çindəki akademiyasında çalışacaq. İbrahimovla 1+2 illik müqavilə imzalanacaq. O, viza ilə bağlı məsələni həll etdikdən sonra sözləşməni rəsmiləşdirmək üçün Almaniyaya, oradan isə Çinə yollanacaq. Məşqçinin təyinatında “Ayntraxt”ın beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub. Almaniyalı mütəxəssis 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində və Hindistan yığmasında birgə çalışdığı İbrahimovu klub rəhbərliyinə məsləhət görüb.
Etibar İbrahimov 2018/2019 mövsümündə “Kəpəz”in baş məşqçisi olub.