30 mininci üzv Saatlıdan
2009-cu ilin yanvardan etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemində növbəti yubiley qeydə alınıb.
Korner.az-ın məlumatına görə, bu sistemdə qeydiyyata alınanların sayı 30 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 30 mininci üzvü “Coca-Cola Məktəbli kuboku”nda çıxış edən Saatlı rayonu Ə.Əhməd adına tam orta məktəbin 5-ci sinif şagirdi Adil Həsənovdur.