Azərbaycan millisinin üzvü Almaniyada ən yaxşı seçildi
12.07.2022 , 17:43
Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi “Ersgebirge”də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Korner.az xəbər verir ki, bu barədə III Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi 719 səs toplayaraq, 1-ci olub.
Nazarov 2016-cı ilin yayından “Ersgebirge”də çıxış edir.