Ayxan Abbasov “Zirə”dən ayrıldı
29.08.2018 , 10:27
Baş məşqçi Ayxan Abbasov öz istəyi ilə “Zirə”dən ayrılıb. Dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib.
Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Kluba Avropa Liqasına vəsiqə qazandıran və bu yarışda mərhələ adlamağa nail olan Ayxan Abbasova “Zirə” uğurlar arzu edib