Bu gün Avropa Liqasının qalibi bəlli olub.
Finalda Madrid “Atletiko”su və “Marsel” üz-üzə gəlib. Fransanın Lion şəhərində baş tutan görüşdə Madrid klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bununla da “Atletiko” üçüncü dəfə Avropa Liqasını qazanıb.
“Marsel” (Fransa) – “Atletiko” (İspaniya) – 0:3
Qollar: Antuan Qrizmann, 21, 49, Qabi, 89