big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Avrokuboklarda iştirak edən iki klubumuz Əsasnaməni pozub! (ARAŞDIRMA)

10.07.2012 , 09:59

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Bakı” “Mura” ilə səfər qarşılaşmasına bir qrup jurnalisti də aparmalı idi. Sonuncu siyahıda mətbuatın 21 nümayəndəsinin adı yer alsa da, ümumilikdə sayın 29 olduğu söylənilir. Amma dünən bəlli oldu ki, jurnalistlərin səfərin baş tutmayacaq. Səbəb çox bəsit, elə bir o qədər də acınacaqlıdı: vizaların alınması mümkün olmayıb. Dünən klubun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev bu haqda mətbuata məlumat verdi. Məlum oldu ki, jurnalistlərlə yanaşı, komandanın iki futbolçusu – seneqallı qapıçı Xalidu Sissoko ilə yeni transfer Georgi Popxadzeyə də viza almaq mümkün olmayıb: “Sloveniyanın Azərbaycanda səfirliyi olmadığından, viza üçün bu ölkənin Türkiyədəki səfirliyinə və Latviyanın ölkəmizdəki səfirliyinə müraciət etmişdik. Türkiyədəki səfirlikdən bildirdilər ki, viza almaq istəyən şəxslərin özlərini görməlidirlər. Latviya səfirliyindən isə Popxadzeyə vizanı vətəndaşı olduğu Gürcüstandakı səfirlikdən almağı məsləhət gördülər. Sissokoya gəldikdə, çox güman ki, bu, Seneqal vətəndaşlarına Latviyadan vizanın ümumiyyətlə verilməməsi ilə bağlıdır”.

Jurnalistlərə viza verilməməsi isə vaxt məhdudluğu ilə əlaqədar imiş: “Bizə Sloveniyadan dəvət məktubu ilk oyunu keçirdiyimiz günün ertəsi – iyulun 6-da gəldi. Növbəti 2 gün həftəsonuna təsadüf etdiyi üçün səfirlik işləmirdi. Bazar ertəsi – iyulun 9-da isə klubumuzun nümayəndələri Latviya səfirliyində olarkən, onlara deyiblər ki, bu qədər insana bir gün ərzində viza verə bilməzlər. Bu, həftəsonundan tez mümkün deyil. Ona görə də sənədlər geri qaytarılıb”.
Jurnalistlərin səfərinin alınmamasının üzərindən nisbi sükutla keçirik. Ki, bəzi ağzıgöyçəklər “poyezdka” davası apardığımızı ağıllarının ucundan belə, keçirməsinlər. Yazının mahiyyəti başqadı…
 
Dejavü!
 
İki il bundan əvvəl “Bakı”nın yenə Avropa Liqasında üzləşdiyi hadisə yadınızdan çıxmayıb ki? Klub əməkdaşının səriştəsizliyi ucbatından komandaya texniki məğlubiyyət verildi və nəticədə yarışda iştirakı dayandırdıq. Amma görünən odu ki, hələ də keçmiş səhvlərdən nəticə çıxarılmayıb və hələ də bu klubda “çarxlar” düzgün işləmir.
Yuxarıda 21 jurnalist və 2 futbolçuya viza alınmadığını yazdıq. Dərd bununla bitsəydi, “əşi” deyib keçərdik mövzunun üstündən. Amma ortada böyük qanun pozuntusu var ki, bunun üzərindən heç cür keçmək olmazdı.
 
Çox bilən çox danışar!
 
Hə, çox istərdim ki, bu yazıda hər şeyi təfərrüatıyla, sənəd-sübutlu təqdim edim. Ancaq təəssüf ki, qarşımıza qoyulan maneələr buna imkan vermədi. Maneələrin nədən ibarət olduğunu da biləcəksiz davamında…
PFL-in yaradılmasının 4 ili tamam oldu ötən ayın 13-də. Düz 4 ildi ki Azərbaycan kuboku, Premyer Liqa və Birinci divizion oyunları bu təşkilatın bayrağı altında keçirilir. Amma hansı əsasnaməyə uyğun keçirildiyini soruşmayın. Çünki and olsun o 21 jurnalistin canına, bunun cavabını heç AFFA-nın binasında 2-3 nəfərdən artıq adam bilmir. Təsəvvür edin, yarışlar keçirilir, amma bilinmir hansı sənəd əsasında müəyyən edilir reqlament-zad. Baxmayaraq ki, şəxsən özüm Əsasnaməni və Nizam-İntizam Qaydalarını əldə etmək üçün PFL-ə dəfələrlə müraciət etmişəm. Amma hər dəfə eşitdiyim cavab mənfi olub. Bilərəkdən gizlədilir! Niyə? Çünki jurnalist çox bilsə, çox şeydən yazacaq! Məsələn, əlinin altında “Nizam-İntizam Qaydaları” olsa, İntizam Komitəsinin qərarlarını müzakirə edə biləcək, etiraz edə biləcək, hətta baş vermiş hər hansı qayda pozuntusunun hüquqi qiymətinin nə olacağını Komitənin qərarını gözləmədən ehtimal edə biləcək. Əlqərəz, Anadolu türkləri demişkən, “kirli çamaşırlar”ının ortaya çıxmaması üçün bu kimi sənədlər qəsdən mətbuatdan gizlədilir! Ona görə ümumilikdə mətbuat adından danışıram ki, bir neçə həmkarıma Əsasnamə və Nizam-İntizam Qaydalarına görə ağız açsam da, hamısından “yoxdu” cavabı almışam.
 
PFL-i saymayan klublar mətbuatımı vecinə alacaq?
 
Yuxarıdakı abzasın özünəbəraətlə uzaqdan-yaxından əlaqəsi yoxdu. Məqsəd, sadəcə, növbəti sətirləri oxumazdan əvvəl real vəziyyətə tam hali olmağınızdı.
“Bakı” ölkə mətbuatı ilə ən yaxşı işləyən klublardan biri, bəlkə də birincisidi. Mətbuata açıqdı, reklam siyasətində ayrı-seçkilik etmir, səfər oyunlarına “məmə deyəndən pəpə yeyənədək” hamını aparır. Bütün bunlar hara və kimə işləməsindən asılı olmayaraq, bütövlükdə ölkə mətbuatını tam qane edir. Təbii, bu strategiyanın da qüsurları var və onlar haqda danışmaq əlavə vaxt alacaq deyə, üzərindən keçirik. Məsələ ondadı ki, ölkə mətbuatı “Bakı”dan narazı deyil. Elə buna görə də, Sloveniya səfərinin alınmaması yalnız Biləcəridən o yana çıxa bilməyənləri bərk narazı sala bilər. Lənət şeytana, axı bu haqda danışmayacaqdıq…
Hə, nəhayət, gələk mətləb üstünə. “Bakı” PFL-in Premyer Liqa və Kubok yarışlarının keçirilməsi üzrə Əsasnaməni kobud şəkildə pozub. Hansı maddəsini? Bəs yuxarıda bir abzaslıq söz danışmışdım axı! Təəssüf ki, son mövsümün Əsasnaməsini nə illah etsəm də, tapa bilmədim. Jurnalistlərdə yoxdu, PFL gizlədir… Çarə nəydi? Faktı ortaya qoymaq üçün əldə olan materialla kifayətlənməyə məcburam. 2007-2008-ci illər mövsümünün Əsasnaməsi illər əvvəldən arxivimdə qalıb. Yəni hələ AFFA-nın təşkilatçılığı ilə keçirilən son mövsümün Əsasnaməsidi.
 
Maddə 1.18: “Ölkə hüdudlarından kənara yola düşən klubların (komandaların) tərkibinə AFFA-nın nümayəndəsi daxil edilir. Nümayəndənin səfər xərcləri klub (komanda) tərəfindən ödənilir”.
 
Diqqət etdinizsə, maddədə “AFFA-nın nümayəndəsi” ifadəsi keçir. Təsadüfi deyil. Yuxarıda da qeyd etdiyim kimi, o vaxt Azərbaycan çempionatı və Kubok yarışını AFFA keçirirdi. Prinsipcə, geridə qalan 4 il ərzində Əsasnamədə ciddi dəyişikliyə gedilməyib. Yalnız legioner limiti və futbolulara, məşqçilərə görə ödənilən üzvlük haqqı kimi mövzumuzdan kənar məsələlərə “əl gəzdirilib”. Dolayısıyla, ola bilsin ki, PFL-in Əsasnaməsində də yuxarıda qeyd etdiyim maddə kiçik redaktəylə verilib. Məsələn, “AFFA-nın nümayəndəsi” ifadəsi “PFL-n nümayəndəsi” ifadəsi ilə əvəzlənib.
İndi gələk Əsasnamənin pozulmasının faktoloji hissəsinə. “Bakı” Sloveniya səfərinə aparacağı jurnalistlərin və həmin iki futbolçunun siyahısına PFL-in nümayəndəsini salmışdı. Amma məlum hadisə baş verdiyindən, PFL nümayəndəsi də səfər iştirakçıları arasında olmayacaq. Stop!
Jurnalistləri yenə qoyuruq bir qırağa. Bəs iki futbolçuya və PFL nümayəndəsinin viza məsələsini son dəmə saxlamağın adı nədi? Olmazdımı ki, bu üç nəfərin, yaxud ən vacibi, PFL rəsmisinin səfər sənədləşməsini daha tez həll edilsin? Axı PFL nümayəndəsinin səfər oyununa aparılmaması Əsasnamənin ciddi şəkildə pozulmasıdı… Və belə olan halda – PFL-i vecinə almayan klubun mətbuat nümayəndələrinin işini həll etməməsi niyə qəribə görünsün ki?
 
Hələ biri də varmış…
 
Bu araşdırma digər klublarla da danışıb Əsasnamənin yuxarıdakı maddəsinə nə dərəcədə riayət etdiklərini öyrənmək iştahası da oyatdı. Maraqlandıq. Məlum oldu ki, “Xəzər Lənkəran” Estoniyaya PFL-in Emil Şükürov ad-soyadlı əməkdaşını aparıb. “İnter”lə səfər oyununa isə kim getsə yaxşıdı? Futbolumuzun “ağsaqqalı” İskəndər Cavadov. Halbuki Regional Futbol Federasiyalarının başqanı olan Cavadovun PFL-ə heç bir aidiyyəti yoxdu. Bir sözlə, bu da Əsasnaməni pozan ikinci klub. O ki qaldı “Neftçi”yə, məlum məsələdi, “ağ-qaralar” hələ ki səfər oyununu keçirməyiblər. Ona görə də onlara toxunmadıq…
 
Bəs sanksiya?
 
Əsasnamənin pozulduğu təkzibedilməz faktdı. Bəs buna görə cəza təsbit olunubmu? Şübhəsiz, Əsasnamə sıradan sənəd deyil və onun ən xırda maddəsini də pozmağa görə cəza nəzərdə tutulur. Ancaq təəssüf ki, əlimizdə konkret sənəd olmadığından, cəzanın nədən ibarət olduğunu deyə bilmirik. Hər halda, “fakt-fakt” deyib çığıran AFFA-çılar üçün material verdik. Halbuki, stolüstü kitabçalarını – Əsasnamələrini əzbər bilməli olanlar qaldırmalı idilər bu məsələni…
İndi növbə İntizam Komitəsinindi. Görək məsələyə baxıb lazımi qərarı çıxaracaqmı?
 
Saleh Arslan

Son yazılar

To Top