“Atletiko” (Madrid) klubunun baş sponsoru dəyişib.
Korner.az-ın məlumatına görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru “Plus500” şirkəti olacaq.
Bu isə o deməkdir ki, Dieqo Simeonenin komandası 2015/2016 mövsümündən oyunlara üzərində “Plus500” yazılı formalarla çıxacaq. Yeni formaların ictimaiyyət üçün rəsmi təqdimat mərasimi bu gün keçiriləcək. Klubun saytı isə artıq “Plus500” şirkətinin adı olan formanın şəkilini paylaşıb.
