Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək “Atletiko” qarşılaşmaya ciddi itkilərlə çıxa bilər
Belə ki, Madridlilərin iki aparıcı oyunçusunun iştirakı sual altındadı.
Bunlar yarımmüdafiəçilər Koke və Yannik Karraskodu. Birinci dünən ilk dəfə topa toxunub və məşqin böyük hissəsində fərdi çalışıb. Belçikalı isə trenajor zalında hazırlaşmaqla kifayətlənib. Onların “Qarabağ”la oyunun iştirak ərizəsinə salınıb-salınmayacaqlarına bu gün aydınlıq gələcək. Bu gün baş məşqçi Dieqo Simeonenin adıçəkilən oyunçular barədə fikrini qətiləşdirəcək. Kokenin oynamaq ehtimalı komanda yoldaşı ilə müqayisədə nisbətən çox göstərilir.
Qeyd edək ki, sabah keçiriləcək “Atletiko” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.