Madrid "Atletiko"su iki ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Madrid klubunun hücumçusu Dieqo Kosta La Liqada çempionunu müəyyənləşəcəyi "Barselona" ilə matçın 14-cü dəqiqəsində zədələnib.
Əzələsini dartan futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb.
O, meydandan kənarda görüşü gözyaşları ilə izləyib.
Oyunun 22-ci dəqiqəsində isə "Atletiko"nun digər önəmli futbolçusu Arda Turan zədələnib və meydanı ağlayaraq tərk edib.
Xatırladaq ki, Kosta və Ardanın Çempionlar Liqasında mayın 24-ü baş tutacaq "Real"(Madrid)la final matçında iştirak edib-etməyəcəkləri tibbi müayinədən sonra müəyyənləşəcək.