Madrid “Atletiko”su “Zenit” klubunun futbolçusu Aksel Vitsel ilə maraqlanır.
Korner.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, “Atletiko” komandası belçikalı futbolçunu rənglərinə bağlamaq niyyətindədi.
2012-ci ildə “Benfika”dan “Zenit”ə 40 milyon avroya transfer olunan Vitseli Moskva təmsilçisinin asanlıqla əldən verməsi məntiqli görünmür. Madrid təmsilçisinin isə Vitselə görə böyük məbləğdə pul təklif edəcəyi ehtimal olunmur.