“Atletik”də yeni müqavilə
10.05.2022 , 17:25
“Atletik” futbolçusu Raul Qarsiya ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.
Qarsiya 2015-ci ilin yayından “Atletik”də çıxış edir. O, bu mövsüm 39 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.