“Atalanta”nın hücumçusu üçün İnter” və “Milan” variantı
16.12.2020 , 10:12
İtaliyanın “İnter” və “Milan” klubları “Atalanta”nın futbolçusu Papu Qomesi heyətinə qatmaqda maraqlıdır.
Korner.az-ın məlumatına görə, 32 yaşlı futbolçu yanvarda “Atalanta”dan ayrılmaq niyyətinədi. Məhz bu səbəbdən həm “İnter”, həm də “Milan” təcrübəli futbolçunu transfer etmək istəyir.
Onun MLS klublarının da hədəfində olduğu bildirilir.