“Atalanta”dan yeni transfer
08.07.2023 , 13:51

“Atalanta” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Bayer” klubunun sol cinah müdafiəçisi Mitçel Bakkeri heyətinə qatıb.
23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Atalanta” bu transfer üçün “Bayer”ə 10 milyon avro ödəyib.
