“Arsenal”ın qapıçısı “Aston Villa”da
16.09.2020 , 17:41
“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Birmingem təmsilçisi “Arsenal”ın qapıçısı Emiliano Martinesi transfer edib.
Argentinalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Klub bu keçid üçün “Arsenal”a 20 milyon funt-sterlinq ödəyib.