Seyad Kolaşinats mövsümün sonunda “Şalke”dən ayrılacaq.
Korner.az-ın məlumatına görə, bosniyalı müdafiəçinin artıq yeni klubu bəllidir. Belə ki, Kolaşinats “Arsenal”la anlaşıb.
23 yaşlı müdafiəçi iyulun 1-dən etibarən yeni klubunun düşərgəsinə qoşulacaq. Hələlik Kolaşinatsın keçidinin detalları məlum deyil.
“Şalke”nin üzvü ilə “Milan” və “Mançester Siti” də maraqlanırdı.