İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” yeni baş məşqçi axtarışındadır.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
İddia edilir ki, Arsen Venqerin komandadan ayrılacağı təqdirdə “Arsenal” Fransanın “Monako” klubunun portuqaliyalı baş məşqçisi Leonardo Jardimə “elçi” düşəcək.
Baş məşqçilik postuna digər namizədlərin Massimiliano Alleqri (“Yuventus”), Tomas Tuçel (Dortmund) və Roqer Şmitin (“Bayer Leverkuzen”) olduğu bildirilir.