“Arsenal” “Qalatasaray”a təklif göndərdi
12.06.2023 , 11:57
“Qalatasaray”ın futbolçusu Saça Boey komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu ilə “Arsenal”ın maraqlandığı bildirilir.
London klubu 22 yaşlı futbolçu üçün Türkiyə klubuna 18 milyon avroluq təklif göndərib.
“Sarı-qırmızılar” isə Saça üçün 25 milyon avro istəyir.
Fransalı sağ cinah müdafiəçisi bu mövsüm “Qalatasaray”ın heyətində 33 rəsmi oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mina Musayeva