Ukraynanın “Arsenal” klubu çempionatdakı mübarizəsini dayandırıb.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytı komandanın müflis olduğunu bildirib.
Klubun rəsmisi Viktor Qolovko: “Biz son günə qədər müabrizə apardıq. Həm biz, həm də futbolçular çox çalışdıq. Amma sponsor tapa bilmədik. Görünür, bu komanda heç kimə lazım deyil”.