İngiltərənin “Arsenal” klubu növbəti səs-küylü transfer etməyə çox yaxındır.
Korner.az İngiltərənin “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, “Topçular” “Şalke”nin gənc futbolçusu Julian Draksleri transfer edib. Xəbərə görə, Londan təmsilçisinin baş məşqçisi 20 yaşlı futbolçu üçün tələb olunan 30 milyon əvəzinə bundesliqa təmsilçisinə 35 milyon avro təklif edərək almaniyalının transferini bitirib.
Qeyd edək ki, hazırda “Arsenal”ın heytində 5 alman futbolçu çıxış edir. Məsut Özil, Per Mertezaker, Podolski, Serge Qnabri, Qedion Zelalemdən sonra Draksler “Topçular”ın heyətində çıxış edən 6-cı alman futbolçu olacaq.