"Arsenal" klubunun kapitanı olan Tomas Vermalenin klubdan ayrılacağı xəbərini vermişdik.
Korner.az-ın məlumatına görə, bu səbəbdən baş məşqçi Arsen Venqer komandaya yeni kapitan təyin edib. Ayağını sındıran və 2 ilə yaxın bərpa olan Aron Remzi "Arsenal"ın yeni kapitanı olub. Bu hadisə haqda danışan uelsli futbolçu:
"Arsenal"ın kapitanı olmaq mənim üçün böyük qürurdu. Hər futbolçu kimi bu mənim də arzum idi. Buna görə də, bu fürsətdən imtina eləmədim", – fikirlərini səsləndirib.