“Atletiko”nun türkiyəli futbolçusu Arda Turan karyerasını Fransada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi PSJ-nin maraq dairəsindədi.
Paris nəhəngi Arda üçün qarşı tərəfə 28 milyon avro təklif edəcək.
Qeyd edək ki, Türkiyə millisinin kapitanı 2011-ci ildə ölkəsinin “Qalatasaray” klubundan İspaniya nəhənginə keçmişdi.
