Bu gün futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Korner.az-ın məlumatına görə, “Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları aprelin 24-də və 26-da keçiriləcək.
Püşkün nəticələrinə əsasən, “Araz” yarımfinalda “Barselona” ilə üz-üzə gələcək.
24 aprel
18:30. “Araz” (Azərbaycan) – “Barselona” (İspaniya)
21:00. “Kayrat” (Qazaxıstan) – “Dinamo” (Rusiya)
