İlk yoldaşlıq matçında böyükhesablı qələbəni bayram edən “Araz” avqustun 13-də qarşılaşacağı “Neftçala” ilə görüşün hazırlıqlarını davam etdirir.
Korner.az-a klubdan verilən məlumata görə, Əsgər Abdullayevin yetirmələri bu dəfə hazırlıqlarını Şərur Olimpiya İdman Kompleksində deyil, matçın oynanılacağı İbrahimxəlil Axundlu adına şəhər stadionunda keçirir.
Bir müddət öncə təmirə bağlanan stadionda artıq son tamamlama işləri gedir. Bundan “istifadə edən” “qırmızı-ağlar” ilk dəfə arenada məşqə çıxıblar. Şərurdan Naxçıvana “köç edən” “Araz” İ.Axundlu adına stadionun ot örtüyünün ideal vəziyyətdə olmasından məmnun qalıb və “Neftçala” ilə keçirəcəkləri yoldaşlıq görüşün hazırlıqlarını yüksək əhval-ruhiyyə ilə davam etdirib.
Qeyd edək ki, avqustun 13-də keçiriləcək oyun saatı 19:00-da başlayacaq.
