Futbol üzrə Azərbaycan I Divizionunda 4-cü tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, bu gün keçirilən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
“Karvan” – “Şəmkir” 1:0
Qol: Əziz Hüseynov, 74
“Bakılı” – “Ağsu” 1:3
Qollar: Röyal Nəcəfov, 85 // Nurlan İsfəndiyarov, 9; Nicat Tağıyev, 39; Malik Babayev, 79
“Lokomotiv” – “Qaradağ Lökbatan” 0:4
Qollar: İlham Allahverdiyev, 52; Novruz Ələkbərov, 73; 80; Natiq Əkbərov, 77
“Göyəzən” – “Araz Naxçıvan” 0:4
Qollar: Aleksandr Kurtskeviç, 20; David Janalidze, 22; 51; Mikayıl Rəhimov, 57
Bu nəticələrdən sonra “Qaradağ Lökbatan” turnir cədvəlinə başçılıq edir. Atktivində 12 xal olan komanda hələ ki öz qapısından qol buraxmayıb. Onu 10 xalla “Araz Naxçıvan” izləyir.