“Araz-Naxçıvan”dan yeni transfer
18.09.2023 , 12:12
“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Aksel Nqando ilə anlaşıb. Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztepe”sində də oynayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.