“Araz” futzal klubundan növbəti transfer
22.08.2019 , 17:07
“Araz” futzal klubu növbəti transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, son çempion ötən mövsümün bombardiri olmuş Hadi Rezvanla anlaşıb. Hücumçu mövsümün sonuna qədər “Araz”ın formasını geyinəcək.
Hadi Rezvan ötən il “Xəzər Cənub”la çempionatın gümüş medallarını qazanıb. O, 85 qolla həm də Yüksək Liqanın bombardiri olub.