Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan AZAL klubu bu gün ilk yoxlama matçında qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, Vaqif Sadıqovun komandası Ukraynanın "Volın" klubu ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:00-da başlayan oyun AZAL-ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
19 yanvar
Yoldaşlıq görüşü
AZAL (Azərbaycan) – "Volın" (Ukrayna) – 1:3
Qol: Elşən Məmmədov, 87 (1:3)